Xidmətlər
AzMETCO KSA - neft-qaz sənayesində istehsal proseslərinin avtomatlaşdırılması sferasında xidmətlərin təqdimatı sahəsində ixtisaslaşmış müəssisədir, məhz aşağıdakı işlər üzrə:
- Layihələşdirmə - neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı sahəsində:
- prinsipial-əsas-fundamental-köklü
layihələşdirmə;
- layihənin
texniki və metroloji ekspertizası;
- Sifarişçinin
texniki tələbləri əsasında, beynəlxalq və Azərbaycan standartlarına uyğun
avadanlığın seçilməsi;
- və s.
- Quraşdırma və Sazlama - neft və neft
məhsullarının ölçmə vasitələri və hesablanması-uçotu-qeydiyyatı
sistemləri.
- Texniki Xidmət - avadanlığa profilaktiki
xidmət, etibarlılığın və aşınma dərəcəsinin qiymətləndirilməsi, qüsurların
müəyyən edilməsi, nasaz-qüsurlu avadanlığın və komponentlərin təmiri və
əvəz edilməsi və s.
- Metroloji Təminat - normativ
sənədlərinin işlənib hazırlanması, ölçmə avadanlığının kalibrlənməsi və
metroloji yoxlamadan keçirilməsi-yoxlanması, neft və neft məhsullarının
ölçmə vasitələrinin və bütövlükdə hesablanması-uçotu-qeydiyyatı
sistemlərinin dəqiqliyinin qiymətləndirilməsi..
Proqram Təminatının
İşlənib Hazırlanması (SCADA sistemləri) neft və neft məhsullarının
hesablanması-uçotu-qeydiyyatı sistemləri üçün.
AzMETCO KSA aşağıda göstərilən təşkilatlarla göstərilən işlərin aparılmasına dair müqavilələr imzalayıb:
- SOCAR və onun bölmələri;
- BP (Azərbaycan);
- Neft-qaz sahəsində çalışan Birgə Müəssisələr.
Hal-hazırda bu kontraktlar üzrə iş aparılan regionlar – Azərbaycan, Gürcüstan və Türkiyə.
AzMETCO KSA yuxarıda göstərilən işlərin aparılması üçün zəruri
olan nümunəvi avadanlıq və cihazlara malikdir, Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən
sertifikatlaşdırılmışdır. Bundan əlavə, 2015-ci ildə AzMETCO, Hollandiya
Metrologiya İnstitutu (VSL) tərəfindən sertifikatlaşdırılmış,
mobil və stasionar pruverlərin kalibrlənməsi işlərinin aparılmasına dair beynəlxalq
sertifikatlara (CMC) malikdir. Bütün bunlar barədə məlumatı aşağıdakı
saytdan əldə etmək olar:
http://www.vsl.nl/en/vsl-cmc-certified.
VSL şirkəti ilə
işlər davam etdirilir. AzMETCO, neft və neft məhsullarının
hesablanması-uçotu-qeydiyyatı sistemlərinə məxsus avadanlığın kalibrlənməsinə
dair bütün fəaliyyət növləri üçün prosedurların hazırlanmasını və müvafiq sertifikatların
(CMC) alınmasını VSL ilə birgə planlaşdırır.
AzMETCO, nümunəvi ölçmə
vasitələri ilə təchiz edilmiş aşağıdakı avadanlığa malikdir:
nümunəvi merniklərin-ölçmə
qablarının kalibrlənməsi üçün laboratoriya;
- axın sıxlıqölçənlərinin kalibrlənməsi üçün
laboratoriya;
- axın özlülükölçənlərinin kalibrlənməsi üçün
laboratoriya;
- təzyiq və temperatur
çeviricilərinin-datçiklərinin kalibrlənməsi üçün laboratoriya;
- sərfiyyat
hüdudları 2-50 m3/saat civarında olan müxtəlif tipli və
təyinatlı sərfölçənlərin, nümunəvi merniklər-ölçmə qabları, pruverlər
yaxud nəzarət sayğacları vasitəsilə metroloji yoxlamasını aparmaq üçün
stendlər;
Çöl şəraitində obyektlədə işlərin
aparılması üçün aşağıdakı avadanlığımız var:
çöl-səhra
cihazları və kalibratorları;
- 2 (iki) daşınan nümunəvi Pruver.
Bütün
bunlar imkan verir ki, neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı
sistemlərinə və ayrı-ayrı səhra cihazlarına texniki və metroloji xidmət işləri
kompleks şəklində, keyfiyyətlə həyata keçirilsin.
AzMETCO-nun
əsas işçi heyəti-personalı bu sahə üzrə 25 ildən artıq iş təcrübəsinə malikdir.
İşə yeni qəbul edilən gənc əməkdaşlarla, ən azı 3-5 il ərzində, çöl-səhra şəraitində
və AzMETCO laboratoriyalarında ixtisaslaşdırılmış təlim-məşqlər
və biliklərin yoxlanması üzrə məşğələlər aparılır.