63, A.Bagirov küç.,

 AZ1037, Ramana qəsb.,

 Bakı,  Azerbaycan

 Tel.: (+99412) 450 95 66

 Faks.: (+99412) 450 95 67

 E-mail: office@azmetco.com

AzMETCO KSA - neft-qaz sənayesində istehsal proseslərinin avtomatlaşdırılması sferasında xidmətlərin təqdimatı sahəsində ixtisaslaşmış müəssisədir, məhz aşağıdakı işlər üzrə:

 

  •     Layihələşdirmə - neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı sahəsində:
  •         prinsipial-əsas-fundamental-köklü layihələşdirmə;
  •         layihənin texniki və metroloji ekspertizası;
  •         Sifarişçinin texniki tələbləri əsasında, beynəlxalq və Azərbaycan standartlarına uyğun avadanlığın seçilməsi;
  •         və s.
  •     Quraşdırma və Sazlama - neft və neft məhsullarının ölçmə vasitələri və hesablanması-uçotu-qeydiyyatı sistemləri.
  •     Texniki Xidmət - avadanlığa profilaktiki xidmət, etibarlılığın və aşınma dərəcəsinin qiymətləndirilməsi, qüsurların müəyyən edilməsi, nasaz-qüsurlu avadanlığın və komponentlərin təmiri və əvəz edilməsi və s.
  •     Metroloji Təminat - normativ sənədlərinin işlənib hazırlanması, ölçmə avadanlığının kalibrlənməsi və metroloji yoxlamadan keçirilməsi-yoxlanması, neft və neft məhsullarının ölçmə vasitələrinin və bütövlükdə hesablanması-uçotu-qeydiyyatı sistemlərinin dəqiqliyinin qiymətləndirilməsi..
  •     Proqram Təminatının İşlənib Hazırlanması (SCADA sistemləri) neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı sistemləri üçün.

 

AzMETCO KSA aşağıda göstərilən təşkilatlarla göstərilən işlərin aparılmasına dair müqavilələr imzalayıb:

 

  •     SOCAR və onun bölmələri;
  •     BP (Azərbaycan);
  •     Neft-qaz sahəsində çalışan Birgə Müəssisələr.

 

Hal-hazırda bu kontraktlar üzrə iş aparılan regionlar – Azərbaycan, Gürcüstan və Türkiyə.

 

AzMETCO KSA yuxarıda göstərilən işlərin aparılması üçün zəruri olan nümunəvi avadanlıq və cihazlara malikdir, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılmışdır. Bundan əlavə, 2015-ci ildə AzMETCO, Hollandiya Metrologiya İnstitutu (VSL) tərəfindən sertifikatlaşdırılmış, mobil və stasionar pruverlərin kalibrlənməsi işlərinin aparılmasına dair beynəlxalq sertifikatlara (CMC) malikdir. Bütün bunlar barədə məlumatı aşağıdakı saytdan əldə etmək olar:

http://www.vsl.nl/en/vsl-cmc-certified.

 

VSL şirkəti ilə işlər davam etdirilir. AzMETCO, neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı sistemlərinə məxsus avadanlığın kalibrlənməsinə dair bütün fəaliyyət növləri üçün prosedurların hazırlanmasını və müvafiq sertifikatların (CMC) alınmasını VSL ilə birgə planlaşdırır.

 

AzMETCO, nümunəvi ölçmə vasitələri ilə təchiz edilmiş aşağıdakı avadanlığa malikdir:

 

  •     nümunəvi merniklərin-ölçmə qablarının kalibrlənməsi üçün laboratoriya;
  •     axın sıxlıqölçənlərinin kalibrlənməsi üçün laboratoriya;
  •     axın özlülükölçənlərinin kalibrlənməsi üçün laboratoriya;
  •     təzyiq və temperatur çeviricilərinin-datçiklərinin kalibrlənməsi üçün laboratoriya;
  •     sərfiyyat hüdudları 2-50 m3/saat civarında olan müxtəlif tipli və təyinatlı sərfölçənlərin, nümunəvi merniklər-ölçmə qabları, pruverlər yaxud nəzarət sayğacları vasitəsilə metroloji yoxlamasını aparmaq üçün stendlər;

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çöl şəraitində obyektlədə işlərin aparılması üçün aşağıdakı avadanlığımız var:

 

  •     çöl-səhra cihazları və kalibratorları;

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  •     2 (iki) daşınan nümunəvi Pruver.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bütün bunlar imkan verir ki, neft və neft məhsullarının hesablanması-uçotu-qeydiyyatı sistemlərinə və ayrı-ayrı səhra cihazlarına texniki və metroloji xidmət işləri kompleks şəklində, keyfiyyətlə həyata keçirilsin.

 

AzMETCO-nun əsas işçi heyəti-personalı bu sahə üzrə 25 ildən artıq iş təcrübəsinə malikdir. İşə yeni qəbul edilən gənc əməkdaşlarla, ən azı 3-5 il ərzində, çöl-səhra şəraitində və AzMETCO laboratoriyalarında ixtisaslaşdırılmış təlim-məşqlər və biliklərin yoxlanması üzrə məşğələlər aparılır.